İQTİSADİYYAT


“VISA International” nağdsız ödənişlərin inkişafı üzrə “Azexport.az” portalı ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 11sentyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azexport” portalı və “VISA International” şirkətinin nümayəndələri arasında görüş keçirilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azexport” portalının rəhbəri Zaur Qardaşov Azərbaycanda yeni innovasiyaların tətbiqi və rəqəmsal ödənişlərin inkişafının ölkə başçısı tərəfindən dəstəkləndiyini deyib. Bildirib ki, Prezident İlham Əliyevin “VISA International” şirkətinin prezidenti Rayan Maklnernini qəbulu zamanı Azərbaycanla VISA arasında əməkdaşlıq müzakirə olunub. Azərbaycanda yeni istifadəyə verilən “VISA Token” xidməti məhz bu əməkdaşlığın bariz nümunəsidir. Z.Qardaşov əlavə edib ki, Azərbaycan yeni və innovativ layihələrin tətbiqində maraqlıdır. Dünyada ilk dəfə olaraq qeyri-rezidentlərə məsafədən bank hesabının açılması xidməti də Azərbaycanda istifadəyə verilməsi də aparılan innovativ islahatlar tədbirlərindəndir.

VISA-nın Qafqaz regionu üzrə meneceri Kristina Doros Azərbaycanda istifadəyə verilən qeyri–rezidentlərə məsafədən bank hesablarının açılması xidmətinin dünyada bir ilk olduğunu və gələcəkdə bu xidmətin Ukrayna, Gürcüstan, Moldova və digər şərqi və Qərbi Avropa ölkələrində İİTKM ilə birgə əməkdaşlıq çərçivəsində tətbiqində maraqlı olduqlarını bildirib. Xanım K.Doros, həmçinin Azərbaycanda “VISA Token” xidmətinin istifadəyə verilməsində İİTKM-in göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib, gələcəkdə nağdsız ödənişlərin inkişafı istiqamətində “Azexport.az” portalı ilə əməkdaşlıqda maraqlı olduqlarını əlavə edib.

Daha sonra “Azexport” portalının meneceri Ayxan Qədəşov mobil və onlayn ödənişlər sistemində kredit kartlarından istifadə təhlükəsizliyini artırmaq üçün Azərbaycanda yeni təqdim olunan “VISA Token” xidməti barədə danışıb. O əlavə edib ki, perspektivdə bu texnologiya plastik kartlarla yanaşı mobil telefon, saat, üzük, bilərzik və digər qurğu və ləvazimatlarla ödəniş etməyə imkan verəcək və “Apple Pay”, “Samsung Pay”, “Google Pay” kimi ödəniş vasitələrinin Azərbaycanda tətbiqinə şərait yaradacaq.

Müzakirələr zamanı “VISA International”ın Qafqaz və Şərqi Avropa regionun dövlət qurumları ilə iş üzrə meneceri Svyatoslav Senyuta Azərbaycanda nağdsız ödənişlərin inkişafı üçün yeni müasir audentifikasiya üsullarının tətbiqinə dair yeni təkliflər təqdim edib və yeni texnologiyaların ölkəmizdə istifadəyə verilməsi üzrə əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüşün yekununda tərəflər arasında Azərbaycanda nağdsız ödənişlərin inkişaf etdirilməsi məqsədi ilə islahat tədbirlərinin davam etdirilməsi, həmçinin aparılan islahatların əhali arasında kommunikasiyasının təşkili, o cümlədən maliyyə savadlılığının artırılmasına yönəlik uzunmüddətli proqramın həyata keçirilməsinə dair razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.