ELM VƏ TƏHSİL


VI Aralıq dənizi konfransı keçiriləcək

Bakı, 17 sentyabr, AZƏRTAC

Oktyabrın 23-24-də Aralıq dənizi Beynəlxalq Sosial Elmlər Konqresi və UBAK Beynəlxalq Elmlər Akademiyası Birliyinin təşkilatçılığı ilə Adanada VI Aralıq dənizi konfransı keçiriləcək.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, konfransda iştirak etmək istəyənlər tezislərini oktyabrın 18-dək təqdim etməlidirlər.

Ənənəvi və onlayn qaydada təşkil ediləcək konfransda iştirak ödənişlidir. Tələbələrə, müəllim və doktorantlara güzəştlər ediləcək.

Qeydiyyat üçün oktyabrın 19-dək müraciət etmək olar. Konfrans haqqında ətraflı məlumatla UNEC-in saytındakı link vasitəsilə tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.