MƏDƏNİYYƏT


VI Beynəlxalq Vokal Müsabiqəsində ölkəmizi iki ifaçı təmsil edəcək

Moskva, 22 aprel, AZƏRTAC

Müslüm Maqomayev adına VI Beynəlxalq Vokal Müsabiqəsində Azərbaycanı iki ifaçı təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, aprelin 23-24-də Moskvada keçiriləcək müsabiqəyə Rusiya, Ukrayna, Belarus, Moldova, Monqolustan təmsilçiləri ilə yanaşı, iki Azərbaycan vokalçısı da qatılacaq. Ölkəmizi yarışmada İslamə Abdullayeva və Mahir Tağızadə təmsil edəcəklər.

Müsabiqə “Krokus Siti Hol” konsert zalının Müslüm Maqomayev adına salonunda təşkil olunub. Müsabiqənin püşkatma mərasimi artıq baş tutub. Azərbaycan təmsilçiləri birinci turda səhnəyə üçüncü (İslamə Abdullayeva) və beşinci (Mahir Tağızadə) sırada çıxacaqlar.

Final turundan sonra birinci yerin sahibini “Qızıl medal” və 15 min dollar, ikinci yerə layiq görülən vokalçını “Gümüş medal” və 10 min dollar, üçüncü yeri tutan iştirakçını isə “Bürünc medal” və 5 min dollar mükafat gözləyir.

Müslüm Maqomayev adına Beynəlxalq Vokal Müsabiqəsi iki ildən bir 20-35 yaşlı vokalçılar arasında keçirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.