ELM VƏ TƏHSİL


VI Respublika fənn müsabiqələrinin qaliblərindən 33-ü Bakı məktəblisidir

Bakı, 2 iyun, AZƏRTAC

Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin qalibləri bəlli olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, idarənin tabeliyindəki məktəblər üzrə 3 nəfər I, 10 nəfər II, 20 nəfər isə III yerə layiq görülüb.

Müsabiqənin final mərhələsi riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilib.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkara çıxarılması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagirdlərin seçilməsindən ibarətdir.

AZƏRTAC-0-

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.