SİYASƏT
V.KALYUJNI: XƏZƏRİN HÜQUQİ STATUSUNUN NİZAMA SALINMASI ÜÇÜN ƏLVERİŞLİ VƏZİYYƏT YARANIR
O xatırlatmışdır ki, Rusiya ilə Qazaxıstan və Rusiya ilə Azərbaycan arasında, əslində, bütün müqavilələr artıq ratifikasiya edilmişdir. Beləliklə, bu ölkələr üçün Xəzər məsələsi enerji baxımından həll olunmuşdur.
V.Kalyujnı demişdir ki, Xəzər üzrə işçi qrupun iyulun 25-də Moskvada keçiriləcək 10-cu yubiley iclasında başlıca diqqət Konvensiyaya və ya əsas sənədə yönəldiləcəkdir. İndiyədək bu sənədin mətninin 30 faizi razılaşdırılmışdır.
Diplomat qeyd etmişdir ki, iclasda bioloji ehtiyatlara, ətraf mühitin mühafizəsinə, meteorologiya və gəmiçiliyə dair sazişlərin hazırlanmasının gedişi də nəzərdən keçiriləcəkdir. Belə ki, beş Xəzəryanı dövlətin sentyabrda Tehranda bu sazişləri imzalaması planlaşdırılır.
V.Kalyujnı Xəzərin statusu məsələsində İranın mövqeyindən də danışaraq bildirmişdir ki, İran bu məsələnin kompromislə həlli yolunun axtarışında müsbət fəallıq göstərir. Onun sözlərinə görə, İranla Türkmənistan və İranla Azərbaycan arasında danışıqlar prosesinin fəallaşması buna sübutdur.
AZƏRTAC-ın müxbiri Moskvadan xəbər verir ki, Rusiya Prezidentinin Xəzərin statusunun nizama salınması üzrə xüsusi nümayəndəsi, RF xarici işlər nazirinin müavini Viktor Kalyujnı bildirmişdir: Xəzər dənizinin hüquqi statusu məsələsinin həlli üçün əlevirşli vəziyyət yaranır.