VOKAL KONSERTİ
AZƏRTAC xəbər verir ki, martın 14-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində “Sən ey gəncliyimin güzgüsü bahar...” adlı konsert olmuşdur.
Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının, digər xarici ölkə diplomatlarının və beynəlxalq təşkilatların nümayəndələrinin olduğu konsertdə Gülnaz İsmayılova (soprano), Ülviyyə Hacıbəyova (fortepiano) və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin ikinci sinif şagirdi Vurğun Vəkilov (fortepiano) çıxış etmişlər. Proqramda Motsart, Brams, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Ceyhun Allahverdiyevin əsərləri səslənmişdir.