DÜNYA
V.PUTİN: RUSİYA İLƏ TÜRKİYƏ ARASINDA ƏMƏKDAŞLIQ ÖLKƏLƏRİMİZƏ LAYİQ OLMALIDIR
“Rusiya ilə Türkiyə arasında əməkdaşlıq dövlətlərimizə layiq – dinamik və önəmli milli vəzifələri həll edən əməkdaşlıq olmalıdır”. AZƏRTAC-ın Ankaradan aldığı xəbərə görə, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər tərəfindən təşkil olunmuş rəsmi qəbulda çıxış edərkən bildirmişdir.
V.Putin qeyd etmişdir ki, Rusiya ilə Türkiyə yaxın və çoxdankı qonşulardır. Ölkələrimizi heç də təkcə çoxəsrlik siyasi münasibətlər və ticarət əlaqələri bağlamır. Xalqlarımızın taleləri də sıx çulğaşmışdır.
Rusiya dövlətinin başçısı demişdir: “Biz ümumi tariximizin dramatik səhifələrini də, əlbəttə, uğurlu işimizi və qarşılıqlı dəstəyimizi də xatırlayırıq. Odur ki, bu təcrübəyə əsaslanaraq, biz Rusiya-Türkiyə əməkdaşlığını genişləndirməli və möhkəmlətməliyik”.
V.Putin türk xalqının ölkənin müasirləşdirilməsində və cəsarətli təşəbbüslər, həlledici qərarlar hazırlanmasında böyük uğurlar qazandığını vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]