Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

V.Qasımlı: Aparılan islahatlar Azərbaycanı elektron platforma üzərindən ticarət qovşağına çevirməyə imkan verəcək

V.Qasımlı: Aparılan islahatlar Azərbaycanı elektron platforma üzərindən ticarət qovşağına çevirməyə imkan verəcək

Bakı, 24 fevral, Elvira Məmmədova, AZƏRTAC

Azərbaycanda aparılan islahatlar ölkəni elektron platforma üzərindən ticarət qovşağına çevirməyə imkan verəcək.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı mərkəzdə keçirdiyi brifinqdə deyib.

İİTKM-nin rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla, onun ixrac imkanlarını genişləndirmək və rəqabət qabiliyyətini daha da artırmaq, mövcud elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaq, regional əhəmiyyətli rəqəmsal ticarət qovşağı kimi Azərbaycan Respublikasının aparıcı mövqeyini daha da gücləndirmək məqsədilə “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Bu Fərman sahibkarlar üçün elektron ticarətin daha da asan və əlverişli olması üçün bir sıra mühüm addımların atılmasını nəzərdə tutur. Fərman xarici ticarətdə iştirak edən dövlət orqanları üzərinə konkret vəzifələr qoyur və sahibkarlığın inkişafı sahəsində şəffaflığın və hesabatlılığın artırılmasına yönəlmiş mühüm addım kimi səciyyələndirilir.

“ASAN İmza”nın təşviqi və elektron imzaların tanınması da, o cümlədən ümumilikdə yaradılan platformalar ölkəyə xarici investisiyaların axınına müsbət təsir edəcək.

V.Qasımlı qeyd edib ki, Fərmana əsasən, Azərbaycan sahibkarlarının xarici biznes tərəfdaşları imzalanan sənədlərin, müqavilələrin elektron tərtibinə və imzalanmasına, eləcə də real vaxt rejimində elektron xidmətlərin keçirilməsinə imkan verən “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” bölməsinin artıq özünü doğrultmuş “www.azexport.az” internet portalında yaradılmasını nəzərdə tutur.

Bununla Azərbaycan Respublikasında istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan bütün növ icazələrin elektron formada “bir pəncərə” prinsipi ilə əldə olunmasına platforma yaradılır.

Fərman ölkə sahibkarlarının ticarət əməliyyatlarının elektron üsulla aparılması üçün müxtəlif ölkələrlə elektron imzaların qarşılıqlı tanınması istiqamətində addımların atılmasını, o cümlədən ölkəmizin bu istiqamətdə dünya miqyasında qəbul olunmuş innovativ məhsullarından olan “ASAN İmza”nın təşviqinin aparılmasını nəzərdə tutur.

Fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün müxtəlif bazarlar araşdırılır, potensial ixrac partnyorlarının sahə üzrə qanunvericilikləri təhlil olunur və sahibkarlara əməli dəstəyin və konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində işlər aparılır.

Bu istiqamətdə aparılan işlər zərurət yarandıqda qanunvericiliyin təkmilləşdirilməsini də nəzərdə tutur.

Beləliklə, Azərbaycanda istehsal olunan mal və xidmətlərin dünya bazarlarına çıxması üçün, bu proseslərin və prosedurların daha da asanlaşması və şəffaf həyata keçirilməsi ölkəyə investisiya axınının artırılması üçün növbəti təkan olub.

V.Qasımlı qeyd edib ki, bu Fərman bilavasitə “www.azexport.az” saytında son aylar ərzində aparılan işlərin məntiqi nəticəsi və davamıdır. Fərmanın mahiyyəti ondan ibarətdir ki, biz işimizi iki istiqamət üzrə quracağıq. Birincisi Azərbaycandan ixracın elektron onlayn qaydada vahid pəncərəsi yaradılır. Bu o deməkdir ki, ixracla bağlı müqavilə olduqda Azərbaycan ixracatçıları məhz rəqəmsal ticarət qovşağına müraciət etməklə, bütün lazımi sənədləri, o cümlədən baytarlıq, fitosanitar, məişət və uyğunluq sertifikatları kimi sənədləri ticarət qovşağı vasitəsilə əldə edəcəklər. Bütün xidmətlər burada onlayn qaydada, daha az vaxt sərf etməklə təşkil ediləcək və elektron müqavilə forması Azərbaycan ixracatçıları ilə onların xarici partnyorları arasında tərtib ediləcək. Saytın iki aylıq fəaliyyəti onu göstərir ki, Azərbaycan məhsullarına çox böyük tələbat var. Hər həftə təxminən 10 milyon ABŞ dolları məbləğində müxtəlif məhsullara ixrac sifarişləri alırıq. Bu məhsul və xidmətlərin ixracı üçün dünya bazarlarında geniş imkanlar mövcuddur. Portalın fəaliyyət göstərdiyi müddətində ən çox sifarişlər Çin, Rusiya Ukrayna, Türkiyə, İran, bir sıra Avropa və ərəb ölkələrindən qəbul olunub.

İkinci istiqamət elektron imzaların tanınması ilə bağlıdır. Azərbaycan məhz rəqəmsal ticarət qovşağı üzərindən “e-imza”ların tanınması ilə bağlı fəaliyyətə başlayır. Biz müvafiq dövlət qurumları ilə birgə elektron imzaların tanınmasını daha asan və qısa yolunu təqdim edəcəyik. Azərbaycan sahibkarları ilə iş görmək istəyən xarici partnyorlar daha rahat şəkildə “e-imza” üzərindən öz fəaliyyətlərini quracaqlar. “E-imza”ların tanınması ölkəyə sərmayə axınını genişləndirəcək. Bütövlükdə bu, Azərbaycanda Strateji Yol Xəritələrinin həyata keçirilməsi istiqamətində irəliyə atılmış çox mühüm bir addımdır. Bu islahatlar Azərbaycanda digər region ölkələrə nisbətən daha sürətlə və keyfiyyətlə aparılır. Bu da bizə Azərbaycanı elektron platforma üzərindən ticarət qovşağına çevirməyə imkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir