ELM VƏ TƏHSİL
V.Sadovniçi: MDU-nun filialları böyük nüfuza malikdir
Moskva, 24 yanvar, AZƏRTAC
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi universitetin Bakı filialının böyük nüfuza malik olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin MDU-nun Himayədarlar Şurasının iclasında iştirak edib. İclasda ölkədə elmin və təhsilin inkişafı, tədqiqatçıların və biznes nümayəndələrinin birlikdə yeni texnologiyalar üzərində işləyə biləcəkləri elmi-texnoloji mühit yaradılması və digər məsələlər müzakirə olunub.
İclasda çıxış edən MDU-nun rektoru Viktor Sadovniçi universitetin uğurlarından danışaraq, MDU-nun Daşkənd, Astana, Düşənbə və digər şəhərlərdə fəaliyyət göstərən filialları ilə yanaşı, Bakı filialının da böyük nüfuza malik olduğunu qeyd edib.
MDU-nun Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2008-ci ildə yaradılıb. Filiala AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva rəhbərlik edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva