Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, idarə heyətinin sədri Andrey Kostindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə “VTB Bank”ın İdarə Heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi təbrikləri qəbul edin.

Bu gün Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə öz beynəlxalq nüfuzunu möhkəmlədərək sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda inamla irəliləyir.

Rusiyada Azərbaycan Respublikası ilə tarixi dostluq əlaqələrini, bizim mehriban qonşuluğumuzu və qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığımızı yüksək qiymətləndirirlər.

“VTB Bank”ın Azərbaycanda məhsuldar işi, Azərbaycan Dövlət Neft Fondunun “VTB Bank” kapitalında iştirakı iki ölkənin qarşılıqlı fəaliyyətinin möhkəmliyini və strateji xarakterini göstərən mühüm sübutlardır.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzularımı qəbul edin.

Hörmətlə,

 

Andrey Kostin

“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti,

İdarə Heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin