İDMAN


VÜQAR ƏSƏDLİ VƏ NƏZRİN MƏHƏRRƏMLİ ŞAHMAT ÜZRƏ BAKI ÇEMPİONU OLMUŞLAR

AZƏRTAC xəbər verir ki, Respublika Şahmat Mərkəzində 8 yaşadək oğlan və qızlar arasında şahmat üzrə Bakı birinciliyi başa çatmışdır.

Turnir Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə keçirilmişdir.

Oğlanların turnirində Vüqar Əsədli 1-ci, Aslan Sadıqlı 2-ci, Nicat Pənahov isə 3-cü yeri tutmuşlar.

Qızların mübarizəsində isə Nəzrin Məhərrəmli Bakı çempionu olmuşdur. Nigar Mustafazadə 2-ci, Aysu İsmayılova 3-cü yerə çıxmışdır.

Oğlanların yarışında ilk 5 yerin sahibi, qızlarda isə ilk 6 yeri tutan şahmatçı respublika çempionatında iştirak etmək hüququ qazanmışdır.

Turnirin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mükafatlandırılmışlar.

İsveçrə sistemi ilə keçirilən turnirdə 73 idmançı iştirak etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.