DÜNYA
VYANADA TERROR ƏLEYHİNƏ KONFRANS
AZƏRTAC-in İTAR-TASS-dan aldığı xəbərə görə, təşkilatın baş katibi Yan Kubiş konfransı açaraq, Madriddə çoxsaylı insan tələfatı ilə əlaqədar təəssüfləndiyini bildirmiş, regional və beynəlxalq təşkilatları beynəlxalq terrorizmlə mübarizədə səyləri birləşdirməyə çağırmışdır.
BMT-nin Terror əleyhinə komitəsinin sədri, səfir İnosensio Arias BMT-nin və ATƏT-in birgə səylərini gücləndirməyə çağıraraq demişdir ki, bu təşkilatlar arasında əməkdaşlıq digər beynəlxalq qurumlar üçün nümunə olmalıdır.
BMT-nin narkotik vasitələrlə və mütəşəkkil cinayətkarlıqla mübarizə bürosunun icraçı direktoru Antonio Maria Kosta bəyan etmişdir ki, beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıq bir-biri ilə sıx bağlıdır. Terrorizm də, mütəşəkkil cinayətkarlıq da dəhşətli cinayətlər törətmək vasitələrini məhz “qara bazarda”, sivilizasiyalı cəmiyyətin qanunları hüdudlarından kənarda əldə edirlər