CƏMİYYƏT


V Asiya Oyunlarını işıqlandıran əcnəbi jurnalistlər Mərkəzi Asiyanın ən böyük məscidində olublar

Aşqabad, 25 sentyabr, AZƏRTAC

Türkmənistanda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarını işıqlandıran beynəlxalq KİV nümayəndələri Aşqabad yaxınlığındakı “Türkmənbaşının Ruhu” məscidi ilə tanış olublar.

AZƏRTAC-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, beynəlxalq KİV nümayəndələri arasında Azərbaycan təmsilçiləri də yer alıblar.

Məlumat verilib ki, dini məkan tək günbəzli məscidlər arasında dünyada, ümumi sahəsinə görə isə Mərkəzi Asiyada ən böyük məsciddir. 2004-cü ildə istifadəyə verilən məscid hündürlüyü 91 metr olan dörd minarədən ibrətdir. Ağ mərmərdən inşa olunan məscidin sahəsi 18 min kvadratmetr, hündürlüyü isə 55 metrdir.

Qeyd olunub ki, məsciddə eyni vaxtda 10 min dindar ibadət edə bilər. 1948-ci ildə Aşqabadda baş vermiş zəlzələ zamanı ölənlərin xatirəsinə hörmət əlaməti olaraq məscidin günbəzində 48 pəncərə yaradılıb.

Məscidin yanında isə Türkmənistanın birinci Prezidenti Saparmurat Niyazovun mavzoleyi yerləşir.

Səxavət Quliyev

AZƏRTAC-ın müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.