İDMAN


V İslam Həmrəyliyi Oyunları: Azərbaycan komandası daha bir medal qazanıb

Konya, 10 avqust, Səxavət Quliyev, AZƏRTAC

Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.

AZƏRTAC xəbər verir ki, taekvondoçumuz Patimat Abakarova (49 kq) rəqibi Nigeriya təmsilçisi Farida Saumanı məğlub etməklə yarımfinala vəsiqə qazanıb.

Bununla da o, minimum bürünc medalı özü üçün təmin edib.

Qeyd edək ki, Azərbaycan komandası indiyədək 3 medal əldə edib. Atletika üzrə Anna Skidan (çəkicatma) qızıl, Aleksis Kopelyo (üç təkanla tullanma) gümüş və Həşim Məhəmmədov (taekvondo) isə bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.