İDMAN


V İslam Həmrəyliyi Oyunları: Daha bir taekvondoçumuz yarımfinala yüksəlib

Konya, 10 avqust, Səxavət Quliyev, AZƏRTAC

V İslam Həmrəyliyi Oyunlarında Patimat Abakarovadan (49 kq) sonra daha bir taekvondoçumuz yarımfinala yüksəlib.

AZƏRTAC xəbər verir ki, komandamızın üzvü Cavad Ağayev (68 kq) dörddəbir finalda rəqibinə qalib gəlib. O, da komanda yoldaşı kimi ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, Azərbaycan komandasının aktivində üç medal var. Atletika üzrə Anna Skidan (çəkicatma) qızıl, Aleksis Kopelyo (üç təkanla tullanma) gümüş və Həşim Məhəmmədov (taekvondo) isə bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.