İDMAN


V İslam Həmrəyliyi Oyunları: Kikboksinqçilərimiz mübarizəyə qoşulurlar

Konya, 16 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, avqustun 16-da Azərbaycan təmsilçiləri oxatma, stend atıcılığı, üzgüçülük, kikboksinq və cüdo üzrə yarışlarda iştirak edəcəklər. Həmçinin bu gün kişilərdən ibarət futbol komandamız Əlcəzair millisinə, qadınlardan ibarət 3×3 basketbol komandamız isə Qətər millisinə qarşı mübarizə aparacaqlar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarının ötən 11-ci yarış günündə Azərbaycan komandası aktivinə 68 medal yazdırıb. Onlardan 20-si qızıl, 27-si gümüş, 21-i bürünc medallardır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədədir.

Oyunlarda Türkiyə 234 (90 qızıl, 81 gümüş, 63 bürünc), Özbəkistan 112 (40 qızıl, 28 gümüş, 44 bürünc) və İran 110 (37 qızıl, 31 gümüş, 42 bürünc) medalla ilk 3 pilləni tutublar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.