İDMAN
V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 10 ağır atlet təmsil edəcək
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycanın ağır atletika yığmasının üzvləri avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər.
AZƏRTAC Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, baş məşqçi Emil Əliyev, məşqçilər Asif Məmmədov və Sərdar Həsənovun rəhbərliyi altında körpücük üzərinə 3 qadın və 7 kişi idmançımız çıxacaq. Qadınların yarışında ölkəmizi Nazilə İsmayılova (45 kq), Elnarə Abbasova (71 kq), Anastasiya Moum (76 kq), kişilərin mübarizəsində isə Tehran Məmmədov (61 kq), İsa Rüstəmov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Kamran İsmayılov (89 kq), Dadaş Dadaşbəyli (102 kq) və Əli Şükürlü (109 kq) təmsil edəcəklər.
“Konya-2021”də ağır atletika üzrə yarışları avqustun 11-15-də keçiriləcək.