İDMAN


V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək stolüstü tennisçilər müəyyənləşib

Bakı, 31 iyul, AZƏRTAC

Avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək stolüstü tennisçilər müəyyənləşib.

AZƏRTAC Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda milli komandamızın üzvləri Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova bacarıqlarını göstərəcəklər.

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə görüşləri idarə edəcək.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları avqustun 7-dən 11-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.