MƏDƏNİYYƏT


V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir

İlk olaraq səhnədə Bolqarıstandan olan “Trigaida” qrupu yer alıb

Şuşa, 13 may, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir.

Bu dəfə də Qarabağın incisi olan Şuşa özünə qayıdan müasir siması, Cıdır düzünü bəzəyən ecazkar muğamı ilə birgə müxtəlif xalqların musiqisinə, mədəniyyətinə və onun görüşünə gələn qonaqlara qucaq açıb.

AZƏRTAC xəbər verir ki, festivalın ikinci günündə səhnədə ilk olaraq Bolqarıstandan olan “Trigaida” qrupu yer alıb.

Tamaşaçılar qarşısında geniş və maraqlı repertuarla çıxış edən qrup dinləyicilərinə özünün məşhur musiqilərini təqdim edib.

Qeyd edək ki, qrupun rəhbəri rəssam, musiqiçi, prodüser və bəstəkar İvan Şopovdur. O, 250-dən çox musiqi layihələrində iştirak edib, həm solo, həm də qrup albomları buraxıb. Bu, onu Avropa elektron andeqraundun aparıcı simalarından biri kimi təsdiq edib. Onun müxtəlif layihələri nağara və bas, IDM, caz, ambient, texno, rok və klassik musiqi kimi janrları əhatə edir. İvan Şopovu öz sahəsindəki digər sənətçilərdən həqiqətən də fərqləndirən cəhət onun ənənəvi bolqar folklorunu elektron musiqi və cazla qarışdırmasıdır.

O, ABŞ, Cənubi Amerika, Rusiya, Asiya, Avstraliya və Yeni Zelandiyada turlarda çıxış edib.

“Trigaida” Şərqi Avropada Bolqarıstanın kiçik və rəngarəng elektron musiqi istiqamətindən qaynaqlanan müasir musiqi layihəsidir. Sözügedən folktronika triosuna multi-alət ifaçısı Georgi Marinov, folklor müğənnisi Asya Pinçeva və İvan Şopov daxildir. Georgi Marinov və Asya Pinçeva Bolqar musiqisini dünyaya tanıdan, müasir klub musiqi üslubunu folk musiqisinə sintez edən “ORATNITZA” musiqi qrupunun üzvləri olmuşdurlar. Həmçinin trio dünya musiqi istiqamətinda geniş bir musiqi platforması nümayiş etdirir.

Xatırladaq ki, V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin, Azərbaycanın müxtəlif regionlarından olan folklor qrupları doğma Şuşanı öz musiqi töhfələri ilə salamlayacaqlar.

Festival mayın 14-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.