İQTİSADİYYAT
Vadim Akimov: Niderlandın gəmiqayırma şirkətinə böyük etimad göstərilib

Bakı, 1 iyun, AZƏRTAC
Bu iki şirkət arasında imzalanan böyük layihələrdən biridir. Bizə - Niderlandın gəmiqayırma şirkətinə böyük etimad göstərilib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Niderlandın "Damen Shipyards Gorinchem B.V" şirkətinin nümayəndəsi Vadim Akimov deyib.
V.Akimov bildirib ki, təmsil etdiyi şirkətin istehsal etdiyi gəmilərin Azərbaycan sularında üzməsi çox qürurvericidir: “Hesab edirəm ki, şirkətimiz daha möhtəşəm layihələrə imza atmaq gücündədir. Ölkə başçılarımızın Davosda keçirilən görüşündən sonra bir çox sahələrdə böyük işlər həyata keçirilib. Bu layihə ilə bağlı razılaşma isə 5 ay ərzində ərsəyə gəlib. Buna görə Bakı Portuna və bu sahədə köməyini əsirgəməyən insanlara minnətdarlığımı bildirirəm”, - deyə V.Akimov vurğulayıb.