İQTİSADİYYAT


Vahid Ələkbərov yenidən Rusiyanın “LUKoil” şirkətinin prezidenti seçilib

Moskva, 24 iyun, AZƏRTAC

Rusiyanın “LUKoil” neft şirkətinin sərmayədarları Vahid Ələkbərovu yenidən şirkətin prezidenti seçiblər.

AZƏRTAC xəbər verir ki, bu barədə “LUKoil”un mətbuat xidmətinin səhmdarların illik iclasının yekunlarına dair yaydığı məlumatda bildirilib. İclasda, həmçinin direktorlar şurasının 11 nəfərdən ibarət tərkibi də təsdiqlənib.

Qeyd edək ki, Vahid Ələkbərov 1950-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) məzunu, iqtisad elmləri doktorudur. 1993-cü ildən “LUKoil” şirkətinin prezidentidir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.