İQTİSADİYYAT


Vahid Hacıyev: İyul-sentyabr aylarında 66 ailəyə Ağalı kəndindəki evlərinin açarları təqdim olunub

Bakı, 6 oktyabr, AZƏRTAC

Cari ilin iyul-sentyabr aylarında 66 ailəyə Zəngilanın Ağalı kəndindəki evlərinin açarları təqdim olunub. Ağalı kəndində 200 ev tikilib, daha 150 evin tikilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Şəhərsalma Forumunda “Ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı” sessiyasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, şəhər işğaldan azad edildikdən sonra sürətli yenidənqurma işləri başlayıb, dayanıqlı, ağıllı konsepsiyalar tətbiq olunur. Şəhərdə tikiləcək iki və üçmərtəbəli yaşayış məntəqələri təbiətlə vəhdətdə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.