İDMAN


Vahid Nouri: Ən böyük arzum Paralimpiya çempionu olmaqdır

Bakı, 15 may, AZƏRTAC

Bakıda keçirilən Qran-Pri turnirində bu qədər güclü idmançıların mübarizə aparacaqlarını gözləmirdim. Qran-Priyə ciddi hazırlaşmışdım və bunun nəticəsini gördüm. Bu yarışın qardaş ölkədə keçirilməsi məni daha da ruhlandırdı. Bakıda Qran-Pri yüksək səviyyədə təşkil olunub. Heydər Əliyev adına İdman Sarayı bu yarış üçün çox möhtəşəm hazırlanıb.

Bu sözləri Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışında 90 kiloqram çəki dərəcəsində qızıl medal qazanan İran idmançısı Vahid Nouri AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Turnirdə iştirakından danışan Vahid Nouri qeyd edib: “Ay yarım idi ki, gecə-gündüz bu turnirə hazırlaşırdıq. İrandan xeyli sayda cüdoçu Qran-Priyə qatılmağa can atırdı. Sevinirəm ki, bu mötəbər turnirdə iştirak etmək mənə də qismət oldu. Ən böyük arzum Paralimpiya çempionu olmaqdır”.

Xalqımızın qonaqpərvərliyindən məmnunluqla danışan iranlı idmançı deyib: “Artıq neçə gündür ki, Bakıdayıq. Burada təhlükəsizliklə bağlı heç bir problemimiz olmayıb. İdmançı yoldaşlarım ölkəniz haqqında danışarkən həmişə deyiblər ki, Azərbaycan bizim ikinci vətənimizdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.