CƏMİYYƏT


Vahid əlaqələndirmə mərkəzlərinə 1700-dən çox şəhid ailəsi üzvü və qazi müraciət edib

Bakı, 13 oktyabr, AZƏRTAC

İndiyədək Bakıdakı DOST mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 1716 şəxs (o cümlədən “Çağrı mərkəzi-142” vasitəsilə 187 şəxs) müraciət edib.

Vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 2021-ci il iyunun 25-də imzaladığı Fərmanla yaradılıb və onun məqsədi şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlərin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilkin mərhələdə Bakıdakı DOST mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayan həmin mərkəzlərdə 6-sı mərkəzi, 13-ü yerli icra hakimiyyəti orqanı olmaqla 19 quruma aid 26 xidmət göstərilir.

Mərkəzlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 420, Müdafiə Nazirliyi üzrə 679, Səhiyyə Nazirliyi üzrə 43, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 81 müraciət, yerli icra hakimiyyəti orqanları üzrə 122, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 37, Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 147 müraciət edilib.

İndiyədək “Çağrı mərkəzi–142” üzrə isə 187 müraciət qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.