ELM VƏ TƏHSİL
Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə indiyədək 80 namizəd uğur qazanıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in oktyabrın 24-ü saat 11:15-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 80 nəfər uğur qazanıb. Onlardan 45-i Təhsil Nazirliyində, 8-i Maliyyə Nazirliyində, 8-i Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, 1 nəfər Dövlət Turizm Agentliyində, 1 nəfər isə Hesablama Palatasında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [12:51]
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
- 24.04.2024 [12:34]
BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
- 24.04.2024 [12:22]
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
- 24.04.2024 [12:14]
BANM-də beynəlxalq elmi konfransların açılışı olub
- 24.04.2024 [12:10]
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir
- 24.04.2024 [12:08]
“Könüllülərə yol açırıq” - satış sərgisi
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]