ELM VƏ TƏHSİL


Vakant dövlət qulluğu vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsi davam edir

Bakı, 16 avqust, AZƏRTAC 

Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.

AZƏRTAC xəbər verir ki, iyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.

Xatırladaq ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.