ELM VƏ TƏHSİL
Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 105 namizəd uğur qazanıb
Bakı, 4 iyun, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin B növünə aid olan ümumilikdə 31 dövlət orqanında 438 vakant vəzifənin tutulması üçün mayın 3-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (281) tərəfindən təqdim olunub. Bu günə olan məlumata görə, müsahibədə iştirak edənlərdən 105 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsində iştirak üçün 1560 nəfər müraciət edib.
Müsahibələr iyulun 1-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:03]
“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
- 28.03.2024 [15:49]