ELM VƏ TƏHSİL
Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə indiyədək 363 nəfər uğur qazanıb
Bakı, 21 yanvar, AZƏRTAC
Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in yanvarın 21-i saat 12:25-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 363 nəfər uğur qazanıb. Onlardan 196-sı Təhsil Nazirliyində, 34-ü Dövlət Statistika Komitəsində, 25-i Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 20-si Maliyyə Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə yanvarın 29-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:09]
MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir
- 24.04.2024 [14:59]
AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb
- 24.04.2024 [14:24]
On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
- 24.04.2024 [14:15]
BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək
- 24.04.2024 [13:42]
Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib
- 24.04.2024 [12:51]