ELM VƏ TƏHSİL


Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibədə 11 nəfər uğur qazanıb

Bakı, 19 fevral, AZƏRTAC

Dövlət orqanında inzibati vəzifələrin 4-5-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə fevralın 1-dən başlanan ümumi müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyində şöbə müdiri vəzifəsidir. Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 14, Hesablama Palatasında 3, Dövlət Statistika Komitəsində 3, Dövlət Turizm Agentliyində 3, Energetika Nazirliyində 2, Təhsil Nazirliyində 1, Şəki Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 27 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb. Ümumi müsahibədə iştirak üçün ümumilikdə 226 nəfər müraciət edib. Müsahibələr martın 15-də yekunlaşacaq. Bu günə olan məlumata görə, 5 nəfər Dövlət Statistika Komitəsində, 3 nəfər Hesablama Palatasında, 2 nəfər Təhsil Nazirliyində, 1 nəfər isə Energetika Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, ötən il dekabrın 10-da 7 dövlət orqanında inzibati vəzifələrin 4-5-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib. Sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmini, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.