ELM VƏ TƏHSİL


Vakant dövlət qulluğu vəzifələrini tutmaq üçün 226 nəfər ərizə verib

Bakı, 13 iyun, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 11 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (56 vəzifə) növünə aid olan 58 vakant vəzifənin tutulması üçün mayın 16-da elan olunmuş müsabiqənin müsahibə mərhələsinə namizədlərin ərizə qəbulu davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, iyunun 13-ü saat 13.00-a olan məlumata görə, müsahibədə iştirak etmək üçün 226 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (9 vakant yerə 102 namizəd) qeydə alınıb.

Qeydiyyat iyunun 14-dək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər iyunun 14-ü saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Qeyd edək ki, müsahibəyə çıxarılmış 58 vakant vəzifənin 2-si 4-cü təsnifata, 25-i 5-ci təsnifata, 4-ü 6-cı təsnifata, 27-si isə 7-ci təsnifata aid olmaqla, 2-si AB, 25-i BA, 31-i isə BB vəzifə qrupuna aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.