ELM VƏ TƏHSİL


Vakant inzibati vəzifələr üzrə daxili müsahibədə indiyədək 53 nəfər uğur qazanıb

Bakı, 16 oktyabr, AZƏRTAC

On doqquz dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə (89 vakant vəzifə) oktyabrın 7-də başlanan daxili müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilib. Müsahibədə iştirak etmək üçün 169 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 13:10-dək olan məlumata görə, müsahibədə 53 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Daxili müsahibə oktyabrın 19-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.