ELM VƏ TƏHSİL


Vakant inzibati vəzifələr üzrə müsahibələrdə 43 namizəd uğur qazanıb

Bakı, 26 oktyabr, AZƏRTAC 

Altı dövlət orqanı üzrə bu il avqustun 27-də elan edilmiş ümumi müsahibədə 32 vakant vəzifə üzrə müraciət etmiş 73 namizəddən 43-ü müsahibələrdə uğur qazanaraq iddia etdiyi vakant vəzifəyə uyğun bilinib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, müsahibələr Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Bakı Apellyasiya Məhkəməsi üzrə keçirilib.

DİM-ə ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (12) və Bakı Apellyasiya Məhkəməsi (12) tərəfindən təqdim olunub. Təqdim olunan ən yüksək vəzifə Qida Təhlükəsizliyi Agentliyində informasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsidir.

Ümumilikdə bu günədək dövlət orqanlarında mövcud olan 469 vakant vəzifə üzrə elan edilmiş ümumi müsahibədə 683 namizədin müraciəti qeydə alınıb. Keçirilməsi nəzərdə tutulan 683 müsahibədən 616-sı reallaşıb. Namizədlər üç müsahibədə iştirak etməkdən imtina edib, 65 müsahibədə isə iştirak etməyiblər. Keçirilmiş 349 müsahibə üzrə uğur əldə edilib, 267 müsahibə üzrə uğur qazanan olmayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.