ELM VƏ TƏHSİL


Vakant vəzifələr üzrə ümumi müsahibədə 10 namizəd uğur qazanıb

Bakı, 27 fevral, AZƏRTAC

Ümumilikdə 8 dövlət orqanında 26 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş ümumi müsahibə davam edir.

AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, bu gün saat 12:15-ə olan göstəricilərə görə, ümumi müsahibədə 10 nəfər uğur qazanıb. Onlardan 3-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 2-si Maliyyə Nazirliyində, 2-si Energetika Nazirliyində, 1-i Məhkəmə-Hüquq Şurasında, 1-i Kəlbəcər Rayon Məhkəməsində, 1 nəfər isə Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.

Ümumi müsahibə martın 5-də başa çatacaq.

Xatırladaq ki, müsahibəyə ərizə qəbulu fevralın 3-də yekunlaşıb və 130 nəfər müraciət edib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (53 nəfər) və Energetika Nazirliyində (23 nəfər) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.