REGİONLAR


Vaksinasiya tədbirlərinin birinci günündə Zaqatalada 223 tibb işçisi peyvənd olunub

Zaqatala, 21 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Yanvarın 20-dən etibarən Zaqatala rayonunda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib. Birinci mərhələdə səhiyyə işçiləri peyvənd olunurlar. Vaksinasiya prosesi rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin binasında peyvənd üçün ayrılmış xüsusi otaqlarda aparılır. Rayonda ilk olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Məcid Əliyev peyvənd edilib. Ümumiyyətlə, vaksinasiya tədbirlərinin ilk günündə rayonda 223 tibb işçisinə peyvəndin birinci dozası vurulub. Peyvəndin ikinci dozası 21 gündən sonra vurulacaq.

Publik hüquqi şəxsin direktoru Məcid Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, COVID-19 infeksiyasına yoluxmamaq üçün peyvənd olunmaq çox vacibdir. Azərbaycanda vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Bu vaksin effektivliyi ilə digərlərindən seçilir. İlkin olaraq rayona 780 doza vaksin gətirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənlənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.