DÜNYA


Vaksinləmə prosesini sürətləndirmək üçün Madriddə təqaüdə çıxmış tibb işçiləri işə götürüləcək

Madrid, 23 fevral, AZƏRTAC

Madrid Muxtar Cəmiyyəti, COVID-19 əleyhinə kütləvi peyvənd kampaniyasında iştirak etmək üçün təqaüdə çıxmış həkimlərin və tibb bacılarının işə götürülməsinə icazə verib.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi ilkin tibbi-sanitariya, xəstəxana yardımı və “112 Xidmət” mərkəzlərinə təqaüddə olan 70 yaşına çatmamış tibbi işçilərinin işə bərpa edilməsi üçün icazə verib. Bu iş üzrə ödəmələr yaşa görə təyin olunmuş pensiyaya köçürüləcək.

Məqsəd bu mütəxəssislərin əhalinin kütləvi vaksinləməsinə cəlb edilməsidir.

Fevralın 25-dən başlayaraq “Vanda Metropolitano” stadionunda bələdiyyə polisi, yanğınsöndürmə və mülki müdafiə mütəxəssislərinə “Astrazeneca” vaksininin ilk dozaları vurulacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.