SİYASƏT


Valdis Zatlers: Azərbaycan ilə Latviya arasında münasibətlər çox yüksək səviyyədədir

Bakı, 14 mart, AZƏRTAC 

Azərbaycan ilə Latviya arasında münasibətlər çox yüksək səviyyədədir. Bu münasibətlər uzun illər ərzində yaxşı olaraq qalır. Fikrimcə, bu, latışsayağı desək, “günəş nə qədər parlayacaqsa” davam edəcək.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi VII Qlobal Bakı Forumunun iştirakçılarından biri, Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib.

“Mən yeddi forumun hamısında iştirak etmişəm. Mən bu yolu eksperiment kimi təşkil edilən birinci forumdan başlayaraq bu günədək keçmişəm. Forumun işində ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, Orta Şərq, Balkan ölkələrinin və digər ölkələrin təmsilçiləri iştirak edirlər. Bu, hazırda real beynəlxalq forumdur və həm hakimiyyət orqanlarının, həm də elm və ictimai xadimlərin böyük marağına səbəb olur”, - deyə Valdis Zatlers əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.