İDMAN


“Valensiya” klubu kapitan Dani Parexo ilə müqavilənin müddətini uzadıb

Bakı, 4 fevral, AZƏRTAC

İspaniyanın “Valensiya” futbol klubu yarımmüdafiəçisi və komandanın kapitanı Dani Parexo ilə müqavilənin müddətini uzadıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 29 yaşlı futbolçu ilə yeni müqavilə 2022-ci ilin yayınadək qüvvədə olacaq. Yeni müqaviləyə görə Parexonu transfer etmək istəyən klub “Valensiya”ya 50 milyon avro ödəməlidir.

Futbolda 2006-cı ildə debüt edən yarımmüdafiəçi 2011-ci ildən “Valensiya”nın formasını geyinir. O, cari mövsümdə 30 oyunda 7 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.