İDMAN


“Valensiya” klubunun yeni baş məşqçisi bəlli olub

Bakı, 12 sentyabr, AZƏRTAC

İspaniyanın “Valensiya” futbol klubunun yeni baş məşqçisi Albert Selades olub.

AZƏRTAC xəbər verir ki, 44 yaşlı mütəxəssislə 2021-ci ilin iyul ayınadək müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Marselino Toralı əvəzləyib.

Qeyd edək ki, Albert Selades 2018-ci ildə “Real”da və İspaniya millisində köməkçi məşqçi kimi çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.