SİYASƏT


Valentina Matviyenko: Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə çox dinamik inkişaf edir

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan Rusiyanın ən etibarlı tərəfdaşıdır. Mən onunla razıyam.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri, ölkəmizdə rəsmi səfərdə olan Valentina Matviyenkonun jurnalistlərə müsahibəsində belə deyib.

V.Matviyenko vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə fasiləsiz, çox dinamik inkişaf edir. O deyib: “Biz ticari-iqtisadi, energetika və humanitar sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu, mütəmadi əlaqə saxlayan ölkələrimizin liderlərinin böyük xidmətidir. Dövlət başçıları Rusiya-Azərbaycan qarşılıqlı əlaqələri üçün xüsusilə əlverişli şərait yaradıblar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.