SİYASƏT


Valentina Matviyenko: Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərdir

Bakı, 12 aprel, AZƏRTAC

Keçən il sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər edib. Bu, ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir. Həmin səfər zamanı imzalanmış 15 mühüm sənəd 2024-cü ilə qədər olan dövrdə qarşılıqlı əlaqələrimizin genişlənməsi üçün perspektiv imkanlar yaradıb. Bir məqam çox vacibdir ki, qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələri qarşılıqlı hörmətə, dostluğa əsaslanır və qarşılıqlı maraqlar nəzərə alınmaqla qurulur. Bu, strateji tərəfdaşlar səviyyəsinə çatmış digər dövlətlər üçün qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri nümunəsidir.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko bu fikri aprelin 12-də jurnalistlərə müsahibəsində söyləyib.

Valentina Matviyenko ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın inkişafından söhbət açaraq qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə münasibətlərin inkişafına çox böyük töhfə verir.

V.Matviyenko Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq deyib ki, Rusiya bu münaqişənin dinc yolla nizamlanmasının tərəfdarıdır. Bu münaqişənin həlli böyük diplomatik və siyasi uğur olardı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.