MƏDƏNİYYƏT
Valeri Minar: Mədəniyyət tədbirləri vasitəsilə bir-birimizi daha yaxından tanıyacağıq VİDEO
Lion, 10 noyabr, AZƏRTAC
Çox gözəl bir konsert oldu. Əsrarəngiz musiqi dinlədik və mahir musiqiçilərlə tanış olduq. Belə konsertlərin təşkili çox vacibdir. Mədəniyyət tədbirləri iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə verir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) təqdimatında iştirak edən layihə meneceri, beynəlxalq əlaqələr üzrə mütəxəssis Valeri Minar söyləyib.
Növbəti səyahətini Azərbaycana edəcəyini bildirən mütəxəssis deyib: “Ölkənizin zəngin mədəniyyəti olduğunu bilirik. İnanıram ki, bu konsert başlanğıcdır. Lionda Azərbaycan mədəniyyətinin müxtəlif sahələri üzrə tədbirlər keçiriləcək və bu tədbirlər vasitəsilə iki xalq bir-birini daha yaxından tanıyacaq”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lion