MƏDƏNİYYƏT


Valeriya: Azərbaycan milli mətbəxini çox sevirəm

Bakı, 28 iyul, AZƏRTAC

Artıq üçüncü ildir ki, “Jara” festivalında iştirak edirəm. Bu möhtəşəm musiqi hadisəsini səbirsizliklə gözləyirəm. Qeyd etmək istərdim ki, bu festival dünyada ən populyar və möhtəşəm musiqi festivalıdır. İnsanlar çox qonaqpərvərdir. Burada məxsusi atmosfer hökm sürür. Artistlər üçün məkan, fan zona hər bir detal yüksək səviyyədədir. Özümü evimdəki kimi hiss edirəm. Bakını çox sevirəm.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində musiqi aləmində Valeriya kimi tanınan Rusiyanın Xalq Artisti Alla Perfilova söyləyib.

Azərbaycana tez-tez səfər etdiyini bildirən Valeriya İçərişəhəri, ölkəmizin mətbəxini çox sevdiyini vurğulayıb. O deyib: “Ümumiyyətlə, "Jara"da təmiz nəfəs var. “Sea Breeze” və onun ətrafında– dəniz, günəş, külək həm də yeni yaradıcı mühit var. Burada tamaşaçılar fəal və emosionaldırlar. Builki festivaldan, əlbəttə daha çox hərarət və həyəcan gözləyirik. Odur ki, biz “Jara” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Bakıya həvəslə gəlmişik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.