DÜNYA


Vali İsmail Ustaoğlu: Trabzon hava limanı fəaliyyətini əvvəlki qaydada davam etdirir

İstanbul, 7 oktyabr, AZƏRTAC

Trabzon hava limanı fəaliyyətini əvvəlki qaydada davam etdirir. Təyyarə təhlükəsiz bölgədədir və axtarışlar başa çatdıqdan sonra uçuşa davam edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Trabzon valisi İsmail Ustaoğlu göyərtəsində partlayıcı maddə yerləşdirilməsi ilə bağlı xəbərdarlıqdan sonra Trabzon hava limanına təcili eniş edən sərnişin təyyarəsi ilə bağlı açıqlamasında deyib.

Sərnişin təyyarəsinə partlayıcı maddə yerləşdirilməsi barədə məlumatın Küveyt hava yollarının qərargahına daxil olduğunu bildirən vali qeyd edib ki, təyyarədə 51 sərnişin və 6 heyət üzvü olub. Onların hamısı təxliyə edilib. Hazırda sərnişinlərə məxsus yüklərdə ətraflı axtarışlar aparılır.

Vali bildirib ki, Küveyt hava yollarına verilən bu xəbərdarlıq həmin vaxt havada olan bütün Küveyt təyyarələrinə yönləndirilib. İndiyədək məlumatı təsdiqləyən heç bir fakt aşkarlanmayıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.