REGİONLAR
Valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqlarına məktəbli forması və dərs ləvazimatları verilib
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edənlər Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, Azərbaycanda aztəminatlı, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və Qarabağ müharibəsi əlili ailələrindən və digər imtiyazlı ailələrdən olan uşaqlar daim xüsusi qayğı ilə əhatə olunublar. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanıb.
Görüşdə 180 nəfər aztəminatlı, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və Qarabağ müharibəsi əlili ailələrindən və digər imtiyazlı ailələrdən olan uşağa məktəbli forması və dərs ləvazimatları verilib.
Yığıncaqda çıxış edən məktəblilər və valideynlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.