ELM VƏ TƏHSİL


Valideyn himayəsindən məhrum uşaqlar Dendrologiya İnstitutunda

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də “Cığır” İctimai Birliyinin təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar Dendrologiya İnstitutuna dəvət olunublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqsəd uşaqlara ekoloji tərbiyənin aşılanması, onlarda bitkilərə və heyvanlara məhəbbət hissinin formalaşdırılması olub. İnstitutun elmi işçisi Kəmalə Sadıqova uşaqlara Dendrologiya İnstitutunun tarixi və böyük xeyriyyəçi, neft milyonçusu Murtuza Muxtarov haqqında məlumat verib. O, uşaqları institutda aparılan elmi-tədqiqat işləri, əldə olunan nailiyyətlər, 1800 növ ağac və kol bitkisi, müasir standartlara cavab verən oranjeriyaları, gül-bəzək ekspozisiyaları, mədəni və dekorativ bitkiləri, fond kolleksiyaları ilə tanış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.