ELM VƏ TƏHSİL


Valideynlər Azərbaycan Memarlıq və İnşaat Universitetində imtahanları izləyəcəklər

Bakı, 7 yanvar, AZƏRTAC 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası keçirilir. Hər il olduğu kimi, yenə də universitetdə imtahanlar ictimaiyyətə açıq keçirilir. Övladlarının imtahanlarının obyektiv və şəffaf şəraitdə keçirilməsinə tam əmin olmaq üçün valideynlər universitetə dəvət edilir.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, valideynlər semestr imtahanlarında iştirak etməklə imtahan prosesini yaxından izləyə və təkliflərini verə bilərlər.

Qeyd edək ki, universitetdə imtahanlar yazılı və test formasında aparılır, bəzi qabiliyyət tələb edən fənlərdən (memarlıq fakültəsində) isə qiymətləndirilmə keçirilir. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb. Universitetin tədris binalarında müraciət və təklif qutuları asılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.