CƏMİYYƏT


Valideynlər uşaqlarda nevroloji problemlər barədə daha çox məlumatlı olmalıdırlar

Bakı, 5 fevral, AZƏRTAC 

Valideynlər azyaşlı uşaqlar və körpələrdə heç bir əlaməti nəzərdən qaçırmamalıdırlar. Çünki bəzən uşağın davranışında adi görünən hansısa dəyişiklik ciddi nevroloji problemlərdən xəbər verə bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının professoru Zakir Əliyev deyib.

Mütəxəssis bildirib ki, müasir dövrdə uşaqlar arasında nevroloji patologiyalar əsasən dörd istiqamətdə müşahidə olunur. Bunlar əqli inkişafdan geriqalma, yaddaşda kəmlik, hərəkətin zəifləməsi (iflic, parezlər) və qıcolmalar (epilepsiyalar). Əgər həkim bu dörd əlamətin hər birini heç olmasa 5 faiz aşağı sala bilirsə, bu, böyük göstəricidir. Lakin bu əlamətlərin üçünün eyni uşaqda olması artıq fəlakətdir.

Professor, həmçinin qeyd edib: “Bəzən valideynlər də nevroloji problemləri olan uşaqların müalicəsinə ciddi yanaşmırlar. Məsələn, qıcolma kəsilən kimi dərmanları yarımçıq saxlayır, müalicəni davam etdirmirlər. Əgər müalicəyə düzgün əməl olunmasa, uşaqlarda tutmalar düzəlsə də, əqli problemləri həll olunmayacaq. Bəzən valideynlər uşağın özünü yerə çırpmasına da adi hal kimi, yəni şıltaqlıq kimi yanaşırlar. Halbuki, bu, problemlərdən xəbər verir. Həmin məsələlərlə bağlı kütləvi informasiya vasitələrində maarifləndirici yazı və verilişlərin sayı artırılmalıdır ki, valideynlər bu haqda daha çox məlumatlı olsunlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.