CƏMİYYƏT


Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş internat məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması qanunvericiliyə uyğun həyata keçirilir

Bakı, 7 iyul, AZƏRTAC

Bir neçə il əvvəl Abşeron rayonunda 3 yaşayış binasından ibarət mühüm sosial layihə - “Məzun evi” sosial xidmət müəssisəsi layihəsi həyata keçirilib. Bu mənzillər də internat məzunlarına təqdim edilib. Sosial Xidmətlər Agentliyi “Məzun evi”ndə 360-dan çox mənzili məhz internat məzunlarına təqdim edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 2021-ci ildən bu tədbirlər davam etdirilib. Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərə mənzillər təqdim edir. Bu müddət ərzində Abşeron rayonundakı yaşayış kompleksində 200-dən çox, ümumilikdə isə 600-dan çox internat məzununa mənzillər təqdim edilib və bu proses hazırda da davam etdirilir. Bu isə öz növbəsində dövlətimizin bu kateqoriyadan olan vətəndaşlarımıza qayğısının bariz nümunəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.