İDMAN
Valtteri Bottas Fransa rallisinin qalibi olub
Bakı, 9 dekabr, AZƏRTAC
Formula 1 “Mercedes” komandasının finlandiyalı yürüşçüsü Valtteri Bottas Fransada “Pol-Rikar” avtodromunun yaxınlığında keçirilən rallinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, finlandiyalı pilot doqquz xüsusi sahədən beşini qazanaraq yekun qələbəyə nail olub. Bu, Valtteri Bottasın ralli karyerasında birinci qələbədir.
Rallidə Bottas WRC — “Citroene» DS3 spesifikasiyalı beş avtomobildən birində çıxış edib. Doqquz xüsusi sahənin yekunlarına görə, finlandiyalı pilot özünün ən yaxın rəqibi, “Şkoda” maşınında yarışan Robert Konsanini 50 saniyə qabaqlaya bilib. Belə ki, Konsani yeddikilometrlik xüsusi sahədən sonra liderliyi ələ keçirib, lakin tezliklə Bottas irəli çıxa bilib və onunla arasında olan məsafəni tədricən artıraraq birinci mövqeyi əldən verməyib.
Rallinin yekunlarına görə, üçüncü yeri Formula 2 yarışlarının və “Lotus” proqramının keçmiş yürüşçüsü Daniel Bokkolaççi tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]
Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
- 24.04.2024 [11:08]