İDMAN


Valtteri Bottas: Gördüklərim belə deməyə əsas verir ki, Bakı trası xoşagələn və sürətlidir

Bakı, 14 iyun, AZƏRTAC

“Uilyams” komandasının yürüşçüsü Valtteri Bottasın fikrincə, “Formula-1” Avropa qran-prisinin keçiriləcəyi Bakı şəhər trası sürət trası olmalıdır.

AZƏRTAC www.championat.com  saytına istinadla xəbər verir ki, Bottas deyib: “Əvvəllər heç vaxt Azərbaycanda olmamışam. Ümumiyyətlə bu yürüş məndən ötrü bir qədər məchul məsələdir. Gördüklərim belə deməyə əsas verir ki, Bakı trası xoşagələn və sürətlidir. Təzə yerlərə getməyi, yeni mədəniyyətlərlə tanış olmağı, yeni şəhərləri görməyi xoşlayıram. Bu ölkə, bu şəhər barədə, xüsusən tras barədə çox şey öyrənmək imkanını səbirsizliklə gözləyirəm”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.